24 gənc həkim Almaniyaya, 35 gənc həkim Türkiyəyə göndərilib
02 sentyabr 2011 17:30 (UTC +04:00)

24 gənc həkim Almaniyaya, 35 gənc həkim Türkiyəyə göndərilib

Tibb mütəxəssislərinin, o cümlədən gənc kadrların xarici ölkələrdə ixtisaslarının artırması, müxtəlif ölkələrin nüfuzlu klinikalarında və universitet-klinikalarda səhiyyənin prioritet sahələri üzrə ixtisasartırma istiqamətində işlər davam etdirilir. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə Səhiyyə Nazirliyi bu il 24 gənc həkimi Almaniyanın Tyurinqen vilayətinin aparıcı klinikalarına və Yena Universitetinə səhiyyənin prioritet sahələri üzrə üç aylıq ixtisasartırma kurslarına, avqust aylarında isə 35 gənc mütəxəssisi Türkiyənin aparıcı klinikalarına üç aylıq ixtisasartırma kurslarına göndərib.

Qeyd edək ki, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar