Gənc həkimlər üçün yeni təkmilləşdirmə kursları keçiriləcək
02 sentyabr 2011 10:46 (UTC +04:00)

Gənc həkimlər üçün yeni təkmilləşdirmə kursları keçiriləcək

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, nazirliklə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış saziş çərçivəsində endoskopiya, kardiologiya, uşaq kardiologiyası, neonatologiya, akuşer-ginekologiya, nefrologiya ixtisasları üzrə kursların Bakıda təşkil olunması planlaşdırılıb.

Bu kurslarda iştirak etmək istəyən (Bakı və bölgələr üzrə) mütəxəssislər isə 1-25 sentyabr 2011-ci il tarixlərində saat 15:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə müraciət etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar