Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək
01 sentyabr 2011 17:43 (UTC +04:00)

Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 10-da baza fənləri, sentyabrın 11-də isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sınaq imtahanı Bakı şəhərində keçirilir.

Hər bir imtahanın müddəti 3 saatdır. İmtahana yazılış internet vasitəsilə sentyabrın 2-dən (saat 16:00-dan) sentyabrın 8-dək (saat 10:00-dək) aparılacaq. Bunun üçün hər birinin qiyməti 3 manat olan iki ədəd ödəmə kartı tələb olunur. Ödəmə kartlarını akad. H.Əliyev küç., 17 ünvanında yerləşən “Abituriyent” satış köşkündən, eləcə də TQDK-nın internet saytından və “Azercell” abunəçiləri 7735 xidmətindən virtual formada əldə edə bilərlər.

İmtahan binalarına buraxılış şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır. Bu imtahanlar namizədlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. Sınaq imtahanlarında iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar