Bu il 124 274 şagird 1-ci sinfə gedəcək
2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 min 420 nəfər olub.
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32 min 812 nəfər təşkil edib.
Qeyd edək ki, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

666