3 463 170 nüsxə dərslik və metodik vəsait çap olunacaq
2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3 milyon 463 min 170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çap olunaraq müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub.
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,
bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün yeniləşdirilmiş proqramlar əsasında işlənmiş 38, II və VII-XI siniflər üçün mövcud proqramlar əsasında hazırlanmış 24 adda dərslik daxildir.
Bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib. IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün “Zoologiya”, “İnformatika”, “Fizika”, “Rus dili”, VIII siniflər üçün “Azərbaycan Respublikasının fiziki coğrafiyası”, “Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası”, “Zoologiya”, “Rus dili”, “Fransız dili”, IX siniflər üçün “Yeni tarix”, “Rəsmxət”, “İnsan (Biologiya)”, “Rus dili”, “Fransız dili”, X siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı”, XI siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı” və “Rus dili” dərslikləri yenidən nəşr olunub.
Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses uğurla davam etdirilir. Eyni zamanda dərsliklərin yerlərə çatdırılması işinə başlanılıb.

Oxşar yazılar

Aşura bu gündür - Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA
5 iyul 2025 , 13:17
Bakıya yağış yağacaq - Sabahın havası
5 iyul 2025 , 12:38Bu məhsulların qiymətlərini qaldırmaq təklif edildi
5 iyul 2025 , 12:36
Allahşükür Paşazadə qan verdi
5 iyul 2025 , 11:15
Sevgi və xoş xəbərlər: İyulun 5-i 5 BÜRC üçün əsl nağıl olacaq
5 iyul 2025 , 11:12
Maqnit qasırğaları yenidən yaxınlaşır: təhlükəli günlər AÇIQLANDI
5 iyul 2025 , 10:51
Bu il Yer üzündə tarixin ən qısa günü ola bilər
5 iyul 2025 , 09:50