(R)  O ay ki, olduğu müddətdə arzular yaxınlaşır, yaxşı əməllər çoxalır!
01 sentyabr 2011 14:17 (UTC +04:00)

(R) O ay ki, olduğu müddətdə arzular yaxınlaşır, yaxşı əməllər çoxalır!

Sənə şükür edənə mükafat verirsən. Bir halda ki, 5 şükür etməyi Sən özün ona ilham etmisən. Sənə tərif deyənə bəxşiş (cavab) verirsən. Baxmayaraq ki, tərifi özün ona öyrətmisən. Pərdə ilə günahları örtürsən. Bir halda ki, əgər istəsəydin, rüsvay edərdin. Elə adama səxavət göstərirsən ki, əgər istəsəydin, məhrum edərdin. Hər halda, onların hər ikisi sənin qarşında rüsvay olmağa və məhrum qalmağa layiqdirlər.

Sən, bütün işlərinin təməlini fəzl əsasında qoymuş, qüdrətini güzəşt əsasında təyin etmisən. Sənə müxalif olanlarla yumşaq davranır və özünə zülm edənlərə möhlət verirsən. Sənə doğru qayıtsınlar deyə, səbirlə onlara möhlət verirsən. Tövbə etməkdə müvəffəq olsunlar deyə, onları cəzalandırmağa tələsmirsən. Ta ki, həlakətə çatanlar və bədbəxt olanlar bəhanələri kəsildikdən və höccət tamamlandıqdan sonra həlak və bədbəxt olsunlar. Ey kərəm sahibi, əfv və güzəşt Sənin kərəmindən irəli gəlir! Ey dözüm sahibi, bu, Sənin mehribanlığındandır. Sən bağışlanmaq üçün bəndələrinin üzünə «tövbə» adlı bir qapı açmısan. Açdığın həmin qapıda vəhyini bələdçi qoymusan ki, bəndələrin onu itirməsinlər (azmasınlar). Sonra - adın mübarək (bərəkətli) olsun - buyurmuşsan: «Allaha üz tutub xalis tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin günahlarınızı yuyar (məhv edər) və altından çaylar axan Cənnətə daxil edər. O gün Allah, peyğəmbərini və ona iman gətirənləri xar və zəlil etməz; bir halda ki, öndən və sağdan nur saçarlar».

İlahi, nurumuzu kamil et. Bizi bağışla, çünki Sən hər şeyə qadirsən! Qapı açıldıqdan və höccət tamamlandıqdan sonra o mənzilə girməkdə qafil olanın üzrü nə ola bilər? İlahi, Sən o kəssən ki, bəndələrinlə müamilədə Öz ətana əsasən qiymət artırarsan, ta ki, bu ticarətdə Sənin inaətindən fayda götürsünlər, Sənə doğru hərəkətdə səadətə yetişsinlər və Səndən daha çox yararlansınlar. Buna görə Sənin adın mübarək və ucadır - demisən: «Hər kim yaxşı iş görərsə, müqabilində on qat mükafat, hər kim pis iş görərsə əməlinə uyğun olaraq cəzalanar». Həmçinin, demisən: «Mal-dövlətini Allah yolunda xərcləyənlər ondan yeddi sünbül cücərən və hər sünbülündə yüz dənəsi olan toxuma bənzəyir. Allah istədiyi kəsə onu qat-qat artırar». Həmçinin buyurmusan: «Allaha «yaxşı borc» (qərzül-həsənə) verən kimdir ki, Allah da onun üçün qat-qat artırsın?» Yaxşılıqları qat-qat artırmaq barədə Quranda başqa vədlər də nazil etmisən. Sən, onları qeybi xəbərlərinlə və xeyirlərinə olan həvəsləndirməklə elə bir şeyə yönəltmisən ki, əgər bu işi görməsəydin gözləri onu görməz, qulaqları eşitməz və düşüncələri ona çatmazdı! Necə ki, buyurmusan: «Məni xatırlayın ki, sizi xatırlayım! Mənə şükür edin və nankorluq etməyin!» Yenə də buyurmusan: «Şükür etsəniz, nemətinizi artırar. Əgər nankorluq etsəniz, əzabım çox şiddətlidir» və buyurmusan: «Məni səsləyin ki, istəklərinizi verim! Mənə ibadət etməklə lovğalıq edənlər tezliklə zəlil olub Cəhənnəmə daxil olarlar». Yalvarış və duanı «ibadət» və onu tərk etməyi isə edənləri isə zəlilliklə Cəhənnəmə daxil olacaqları ilə hədələmisən. Buna görə həqiqi bədənlərin Sənin nemətlərini xatırlayır, ehsanına şükür edir, əmrinlə Sənə dua edir və nemətlərinin daha da artması üçün sədəqə verirlər. Bu, Sənin qəzəbindən azad olmaq və razılığını qazanmaq üçün yeganə yoldur. Əgər bir yaradılmış özü kimi başqa bir yaradılmışı (bəndə) hidayət etsəydi, fəzl və ehsan sahibi kimi tanınardı və hər dildə təriflənməyə layiq olardı.

Sənə həmd etmək mümkün olanadək (yəni əbədi olaraq) Sənə həmd olsun! Sənə həmd etməyə söz qalanadək və həmdi ifadə etməyə söz olanadək Sənə həmd olsun!

Ey o kəs ki, ehsan və fəzlinlə bəndələrini ibadətinə çağırmısan və onları bəxşiş və firavanlığa qərq etmisən. Bizə verdiyin nemət nə qədər aşkar və bəxşişin nə qədər də genişdir! Yaxşılığmı necə də bizə aid etmisən. Bizi seçdiyin və razı qaldığm dinə və asan etdiyin yola hidayət etmisən. Dərgahına yaxinlaşmaq və kəramətinə qovuşmaq üçün bizə bəsirət vermisən.

İlahi, ramazan ayını ən xalis əməllər və ən seçilmiş ibadətlər ayı etmisən. Bu ayı digər aylar və bütün zamanlar və əsrlər arasından seçmisən, ilin bütün vaxtlarından üstün qərar vermisən.

Quran və nuru həmin ayda nazil etdin və imanı bu ayda qat-qat artırdın. O ayda oruc tutmağı vacib buyurdun. Gecələrini oyaq qalmağa həvəsləndirdin və onu min gecədən xeyirli olan Qədr gecəsi ilə əzəmətləndirdin. Sonra məhz bu aya xatir bizi digər ümmətlərindən üstün etdin və bu ayın fəziləti sayəsində bizi bütün ümmətlər arasından seçdin. Əmrinlə bu ayda gündüzləri oruc tutduq, gecələri isə Sənin köməyinlə ibadət etdik. Bizim üçün hazırladığın mərhəmətə çatmaq və savab qazanmaq üçün bu ayda tutduğumuz oruc və qıldığımız namazı vasitə etdik.

Sən bəndələrinin istədikləri hər şeyi verməyə qadirsən! Dilənilən ehsanı bəxş edir və Sənə yaxınlaşmaq üçün çalışana (istəyənə) yaxınsan! Belə ki, bu ay, bizim aramızda bəyənildi, yaxşı yoldaş oldu və dünyanın ən yaxşı nemətlərini bizə ərməğan gətirdi. Vaxtı başa çatdıqdan, müddəti sona yetişdikdən, günləri tamamlandıqdan sonra bizdən ayrıldı. İndi onunla vidalaşırıq; ayrılıq bizim üçün çox qəmlidir. Ayrılığı bizi qəm-qüssəyə və qorxuya salıb. Onun hörmətini saxlamaq və haqqını əda etmək öhdəmizdə qırılmaz bir peymandır. Buna görə də deyirik: Salam olsun sənə, ey Allahın ən böyük ayı! Ey haqq aşiqlərinin bayramı! Salam olsun sənə, ey bizim vaxtlar içərisində ən əziz həmsöhbətimiz, günlərim və saatlarım içində ən yaxşı ay! Salam olsun sənə! O ay ki, olduğu müddətdə arzular yaxınlaşır, yaxşı əməllər çoxalır! Salam olsun sənə! Ey o həmsöhbət ki, olması qədir-qiymətli və olmaması çox dərdlidir! Ey ümid qaynağı ki, ayrılığı əziyyətlidir! Salam olsun sənə! Ey munis ki, gəlişin bizimlə ünsiyyətdə olduğun üçün bizi sevindirir, gedişin isə kədərləndirir! Salam olsun sənə! Ey o qonşu ki, ürəklər onun qonşuluğunda yumşalır və günahlar azalır! Salam olsun sənə! Ey şeytanla mübarizədə bizə yardım edən, ehsan və yaxşılıq yollarını asanlaşdıran! Salam olsun sənə ki, bu ayda nə qədər bəndə Allah tərəfindən azad olunur! Sənin vasitənlə sənin hörmətini saxlayan nə qədər xoşbəxtdir! Salam olsun sənə kir nə qədər günahlarımızı yudun və eyiblərimizi örtdün! Salam olsun sənə ki, günahkarlar üçün nə qədər uzun bir müddət idin və möminlərin qəlbində nə qədər heybətin vardı! Salam olsun sənə! Ey o ay ki, heç bir gün qarşında öyünə bilməz! Salam olsun sənə! Ey əmin-amanlıq rəmzi olan ay! Salam olsun sənə! Ey həmdəmliyi və yoldaşlığı pis olmayan ay! Salam olsun sənə! Bərəkətləri ilə bizi qarşılayan, günah aludəliklərimizi yuyan ay!

Salam olsun sənə! Səninlə ona görə vidalaşmırıq ki, oruc tutmaqdan yorulmuşuq və ya cana doymuşuq. (Vidalaşmağımın səbəbi səndən cana doymaq deyil)

Salam olsun sənə! Sən gəlməmişdən əvvəl arzunla yaşayırıq və qurtarmamış əvvəl hicranında pərişanıq. Salam olsun sənə ki, nə qədər pisliklər sənin vasitənlə bizdən ötüb keçdi və nə qədər yaxşılıqlar sənin bərəkətindən nəsibimiz oldu. Salam olsun sənə və min aydan üstün olan Qədr gecəsinə! Salam olsun sənə ki, dünən nə qədər səni hərisliklə gözləyirdik və sabah nə qədər çox səni arzulayacağıq. Salam olsun sənə və məhrum qaldığımız fəzilətlərinə və əlimizdən çıxan bərəkətlərinə! İlahi! Biz, bizi onunla şərafətləndirdiyin bu ayın əhliyik! Bədbəxtlər vaxtını tanımadığı və bədbəxtlikləri üzündən onun fəzilətindən məhrum qaldıqları bir zamanda bizə bu ayda ibadət etmək tövfiqini bəxş etdin.

Sənsən ixtiyar sahibi ki, bizi o ayin mərifəti sayəsində ucaltdın və o ayın sünnələrinə yönəltdin. Səhlənkarlığımıza baxmayaraq, sənin tövfiqinlə oruc tutub ibadət etdik, namaz qıldıq və çox əməlin az bir hissəsini yerinə yetirdik. İlahi! Pis işlərimizi və səhlənkarlığımızı Sənə etiraf etməklə yanaşı, Sənə həmd olsun Belə ki, qəlbimizdə peşmançılıq hissi və dilimizdə sadiqanə üzrümüz vardır. Bu ayda etdiyimiz səhlənkarlıqları etiraf etdiyimizə görə bizə elə mükafat ver ki, ürəyimiz istəyən yaxşılıqları tədarük edək və həvəsində olduğumuz azuqələri əldə edək. Haqqını əda etməkdə olan üzrümüzü qəbul et və gələn Ramazan ayına kimi ömrümüzü uzat. Bizi ona çatdırdıqdan sonra sənə layiq ibadəti yerinə yetirməkdə bizə kömək et. O aya yarayan ibadəti yerinə yetirmək üçün bizi müvəffəq et. Bu iki ayda (indiki və gələcək Ramazan aylarında) Sənin haqqını qazanmaq üçün saleh əməlləri həyata keçirməyi bizim üçün mümkün et. İlahi, bu ayda qəsdən və ya unudaraq etdiyimiz kiçik və böyük günahları, aludə olduğumuz günahları, düçar olduğumuz səhvləri və bu səbəbdən özümüzə etdiyimiz zülmü və başqalarına etdiyimiz hörmətsizliyi - Məhəmməd və onun pak Əhli-beytinə salavat göndər - əfvin sayəsində bağışla və öz pərdənlə onları ört. Bizi bu ayda tənə vuranların gözü qarşısında qoyma və tənə vuranların ağzını bizə qarşı açma. Azalmayan ehsanın və sonsuz mehribanlığınla bizi elə bir işlə məşğul et ki, o ayda bizi bəyənilməyən günahlardan çəkindirsin və bağışlanmağımıza səbəb olsun. İlahi, Məhəmməd və onun pak Əhli-beytinə salavat göndər. Ramazan ayımıza xatir ayrılıq kədərimizi sevincə çevir və bayram və Fitr gününü bizə mübarək et. Onu bizim üçün ən yaxşı günlərdən qərar ver ki, daha çox əfvinə və daha çox günahların aradan getməsinə bais olsun. Bizim gizli və aşkar günahlarımızı əfv et.

İlahi! Bu ayın sona yetməsini, xətalarımızın sona yetməsi qərar ver. Bu ayın qurtarması ilə bizi də günahlardan qurtar. Bu aya xatir bizi bu ayda xoşbəxt, ən çox qisməti olan (ən çox savab qazanan) və ən çox fayda götürənlərdən et. İlahi, bu aya layiqincə riayət edən, hörmətini lazımınca saxlayan, hüdudlarmı gözəl şəkildə qoruyan, günahlardan ləyaqətlə pəhriz edən, rəhmətinə və razılığına səbəb olan yaxşı əməllə Sənə yaxınlaşanlara bəxş etdiklərindən daha çoxunu qüdrətin sayəsində bizə bəxş et. Çünki fəzlin azalmaq bilməz və xəzinən azalmaz, əksinə çoxalar. Ehsan mədənlərin tükənməz və həqiqətən, Sənin bəxşişin könül sevən bəxşişdir.

İlahi, Məhəmməd və onun pak Əhli-beytinə salavat göndər. Qiyamət gününə kimi bu ayda oruc tutanların və sənə o ayda bəndəlık edənlərin hədiyyəsindən (mükafat) bizə də yaz.

İlahi, möminlər üçün şənlik və bayram, müsəlmanlar üçün yığıncaq və qarşılıqlı yardım günü olan bu Fitr günündə yerinə yetirdiyimiz hər bir pis əməldən, ürəyimizdə və fikrimizdə olan şəkdən (şübhə) və etdiyimiz bütün günahlardan tövbə edirik! Bir daha günaha qayıtmağı düşünməyən və tövbə etdikdən sonra yenidən xətaya dönməyən bir şəxsin tövbəsi kimi şəkk-şübhədən pak olan xalis bir tövbə edirik. İlahi, tövbəmizi qəbul et, bizdən razı qal, bizi tövbəmizdə sadiq et. İlahi, vəd edilmiş əzaba qarşı qorxunu və savaba qarşı rəğbəti bizə ruzi et. Ta ki, Səndən istədiklərimizin ləzzətini və Sənə sığındığımız işlərin qüssəsini duyaq. Ta ki, bizi, öz məhəbbətini onlara lazım bildiyin, Sənə itaət etdikləri üçün qayıdışlarını qəbul etdiyin tövbə edənlərdən et. Ey ədalətlilərin ən ədalətlisi! Atalarımızın, analarımızın, dindarlarımızın - istər ölü, istərsə də diri, Qiyamətədək onlara qovuşanların - hamısının günahlarından keç.

İlahi! Mələklərə göndərdiyin salavat kimi peyğəmbərimiz Məhəmmədə və onun pak Əhli-beytinə salavat göndər. Ona və Onun Əhli-beytinə digər peyğəmbərlərə göndərdiyin salavat kimi salavat göndər. Saleh bəndələrinə göndərdiyin salavat kimi Ona və Onun pak Əhli-beytinə salavat göndər! Hətta onlardan daha üstün salavat! Ey aləmlərin Rəbbi, elə bir salavat ki, bərəkəti bizə çatsın, mənfəəti bizə nəsib olsun və onunla dualarımız qəbula yetsin. Çünki Sən, rəğbət bəslənilən ən kəramətli varlıqsan! Təvəkkül olunanların ən ehtiyacsızısan! Dilənənlərə ən çox bəxşiş verənsən! Sən hər şeyə qadirsən!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar