Ramazan Bayramında 4 gün iş olmayacaq
16 avqust 2011 13:27 (UTC +04:00)

Ramazan Bayramında 4 gün iş olmayacaq

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında yeni qərar qəbul edib. Lent.az-ın Kabinetin rəsmi saytına istinadən yaydığı məlumata görə, qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən qəbul olunub.

Qərarda qeyd olunur ki, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək üçün bu il
27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilir. Bununla da 28-29-30-31 avqust qeyri iş günləri sayılır.

Nailə R.
# 576

Oxşar yazılar