Azərbaycanlı təşkilatçıdan Burcu Günəşə sürpriz doğum günü partisi –
15 avqust 2011 19:10 (UTC +04:00)

Azərbaycanlı təşkilatçıdan Burcu Günəşə sürpriz doğum günü partisi –

Lent.az-ın məlumatına görə, parti İstanbulda yerləşən “La Villa Blanche” otelinin hovuz başında təşkil edilib və sənətçinin ürəyincə olub. Türkiyəli müğənni ilə yaxın dost münasibətində olan azərbaycanlı təşkilatçı Burcu Günəşə daha bir sürpriz ərməğan edib. O, müğənniyə nə az, nə çox 104 ədəd ağ qızılgüldən ibarət çələng bağışlayıb. Burcu Günəş otelə də qırmızı qızılgül ləçəkləri altında daxil olub. Partiyə xüsusi olaraq dəvət edilmiş Özcan Dənizin musiqiçiləri məclisi şənləndirib.

Çılğınlığı ilə seçilən Burcu Günəşisn doğum günü partisi də elə bu cür yadda qalıb. Qonaqlar arasında özünü hovuza atanlara və doyunca rəqs edənlərə də rast gəlinib. Burcu Günəşin şərəfinə düzənlənmiş mərasimə “Yok böylə dans”da dostlaşdığı məşhur futbolçu Paskal Nauma da qatılıb. O, Burcu Günəşi özünəməxsus şəkildə təbrik edib. Futbolçu ilə müğənninin isti görüntüləri media mənsublarının gözündən yayınmayıb.

Burcu Günəş mərasimdə iştirak edən Azərbaycan media təmsilçisinin nümayəndəsinə tez bir zamanda ölkəmizə gəlmək arzusunu və çox sevdiyi xalqımız qarşısında çıxış etmək arzusunu dilə gətirib: “Azərbaycandan dostlarım çoxdur. Nahid Emiloğlunu, Azərbaycan xalqını sevirəm və qardaş ölkədə konsert vermək istəyirəm. Bu istəyimi də Nahid bəyə bildirmişəm. Doğum günümdə qardaş ölkədən olan dostlarımın iştirakı məni çox məmnun etdi”.

Türk müğənni azərbaycanlı bəstəkar Kamalın “Daha gəlsən, gəlməsən də” mahnısı ilə bağlı düşüncələrini belə bildirib. O, mahnını çox bəyəndiyini söyləyib.


Nahid Emiloğlu isə Burcu Günəşin ifasında bu mahnının tam hazır versiyasının yaxın günlərdə bəstəkar Kamala göndəriləcəyini və müəllifdən razılıq aldıqdan sonra radio dalğalarında yayımlanmağa başlanacağı vurğulayıb. Azərbaycanlı təşkilatçı qeyd edib ki, bu mahnıya möhtəşəm klip çəkilişi də nəzərdə tutulur: “Burcu Günəşin səs effektləri olduqca yüksəkdir. Bu mahnı onun ifasında inanılmaz dərəcədə gözəl alınıb. Mahnının bu ifada da Azərbaycanda çox seviləcəyinə əminəm. Hələ çoxlu sürprizimiz olacaq ki, bunlar haqda öncədən məlumat vermək istəmirəm”.
Banu
# 604

Oxşar yazılar