“Erməniləşən azərbaycanlılar” məsələsində müəmmalı gəlişmə - ARAŞDIRMA - FOTO
Avqustun 13-də Lent.az-da yayılan «Azərbaycanlıları erməniləşdirən “Tumanyan”ın valideynləri Şəkidə tapıldı» yazısından sonra Fransadan məktub almışıq. Elə bu məktubun izi ilə də mövzu ilə bağlı araşdırmalarımızı davam etdiririk.
Xatırladaq ki, bir neçə gün əvvəl “Yeni Müsavat” qəzetində hazırda Fransanın Tuluza şəhərində mühacir həyatı yaşayan Rahim Tofiq oğlu Namazovun məktubu yayılıb. O, vaxtı ilə Şəkinin “Dağ dibi” deyilən ərazisində yaşamış Hədiyyə Bahadır qızı adlı qadının azərbaycanlı ailələri aldadaraq Fransanın Tuluza şəhərinə aparıb “erməniləşdirməsi” barədə olduqca ilginc məlumatlar verib.
R. Namazov prezidentə, milli təhlükəsizlik, xarici işlər nazirlərinə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edərək, Azərbaycanda Hədiyyə Bahadır qızı, Fransada isə Zina Tumanyan kimi tanınan bu qadın barəsində ölçü götürülməsini xahiş edir.
Qeyd edək ki, Namazov özü də 2010-cu ildə ailəsi ilə birlikdə ölkəni tərk edərək, Fransanın Tuluza şəhərinə mühacirət edib.
Xatırladaq ki, mövzu ilə əlaqədar Şəkidə apardığımız araşdırmalar zamanı bir sıra maraqlı məqamlar ortaya çıxmışdı. Həmin məqamların əsas mahiyyəti ondan ibarət idi ki, Şəkidəki mənbələrimiz adıçəkilən Hədiyyə Bahadır qızı ilə bərabər, elə Rahim Namazovun da Fransaya müxtəlif yollarla «mühacir daşıdığını» deyirdilər,
Dünən müraciəti ünvanlayan Rahim Namazovla əlaqə saxladıq.
Namazov bildirdi ki, o, 2010-cu ilin sentyabrında Fransaya mühacirət edib. «Mən Fransaya viza ilə gəlmişəm. Sonra isə siyasi mühacir statusu almışam».
Həmsöhbətimizin dediyinə görə, sən demə, o, Azərbaycanda üç dəfə məhkum olunub. Birinci dəfə 2001-ci ildə Qarabağ qazilərinin aksiyası zamanı saxlanılıb. 6 ay həbsdə yatandan sonra əfv olunaraq azadlığa çıxıb. Yeri gəlmişkən, həmin vaxt Rahim Namazov «Əlillər» qəzetində də işləyirmiş.
İkinci dəfə isə 2005-ci ildə Naxçıvanda hərbi xidmətdə olarkən bir zabiti təhqir etdiyi üçün haqqında cinayət işi qaldırılıb və məhkum olunub, 16 saylı cəzaçəkmə müəssisəsində 9 ay həbsdə qalıb.
Üçüncü dəfə 2010-cu ilin fevralında növbəti dəfə məhkumluq həyatı yaşayıb. Rahim Namazov dələduzluq maddəsi ilə (bu ifadəni yadda saxlayın - S.M.) 1 il icbari iş alıb. 7 aydan sonra isə o, Fransaya mühacirət edib.
Namazov bizimlə söhbətində bildirdi ki, Hədiyyənin işləklərindən 2010-cu ildə Fransanın Tuluza şəhərində xəbər tutub.
- Mən onun oğlu Elşəni və qızını daha yaxşı tanıyıram. Bilirəm ki, Hədiyyə və övladları Fransada 10 il müddətinə oturum alıblar. Onun anası sizin sayta deyir ki, guya Hədiyyə Fransada restoranlarda qab yumaqla dolanır. Əsla belə deyil. Onun Fransaya aldadıb gətirdiyi insanlardan qazandığı pulu Fransada heç kim qazanmır. Tez-tez Azərbaycana gedib gəlir. Axırıncı dəfə ilyarım əvvəl Şəkidə olub. Orda da bəzilərinin başını bişirib, külli miqdarda pullarını alıb müxtəlif yollarla Fransaya gətirmək istəyirmiş. Hətta skripkaçı Vüqar adlı bir oğlana deyirmiş ki, Fransaya gəlsə, ona qısa müddətdə yaxşı iş də tapacaq. Onun telefon nömrəsini də sizə verə bilərəm. Sizin saytda yazı gedəndən sonra Hədiyyənin oğlu Elşən məni hədələməyə başladı. Belə getsə, polisə müraciət etməli olacağam...
- Siz Azərbaycanda təkcə «Əlillər» qəzetində işləmisiniz?
- Yox, mətbuatda sonuncu iş yerim «Hakimiyyət» qəzeti olub.
- Xəbəriniz varmı ki, sizi həmin qəzetdə axtarırlar?
Deyəsən bu xəbərimizi gözləmirmiş...
- (Susur) Kim axtarır ki?
- Qəzetin redaksiyası sizin qəzetin adından və vəsiqəsindən istifadə etməklə xeyli adamı aldatdığınızı bildirib və dəfələrlə şəklinizlə elanlar verib. Sizi dələduzluqda ittiham edirlər. Bəlkə elə 2010-cu ildə buna görə 1 il icbari iş almısınız?
- (Bir qədər həyəcanla) Qəzetin köhnə baş redaktoru Fizuli Əfqanoğlu ilə dostam. Yəqin təzə redaktordur. Mən heç onu tanımıram da. Yəqin o, məni şərləmək istəyir. Mən heç kimə “atmamışam”.
- Bəs onda niyə şəklinizi qəzet səhifəsinə verib sizi reket jurnalist kimi axtarıblar?
- Bilmirəm.
- Yeri gəlmişkən, siz siyasi mühacir statusu aldığınızı deyirsiniz. Amma Siz 2003-cü ilin 15 oktyabr axşamı Müsavat Partiyası qarşısında toplaşan müxalifətçilərə qarşı şüarlar səsləndirirdiniz...
- (Yenə susur) Bu mənə qarşı böhtandır. Mən...
Bunu deyib də telefonun dəstəyini atır.
***
Namazovdan sonra adı çəkilən Vüqarla əlaqə saxladıq. Şəkidə yaşayan və özünü Vüqar Rəhimov kimi təqdim edən şəxs bizimlə söhbətində bildirdi ki, həqiqətən də ilyarım əvvəl Hədiyyə ilə görüşüb: «O, ailəsi ilə birgə Şəkiyə gəlmişdi. Mənimlə görüşdü və təklif etdi ki, istəsəm məni ailəmlə birgə Fransaya apara bilər. O, mənə orda iş tapmaqda da kömək edəcəyini bildirdi».
Vüqarın dediyinə görə, ilkin olaraq ona 2 min avro verməliymiş. Fransaya çatanda isə daha 10 min avro.
- Mənə dedi ki, viza alandan sonra sən əvvəlcə ya Almaniya, ya da İtaliyaya gedəcəksən. Orda isə səni qarşılayıb, Fransaya aparacaqlar. Dedim ki, Fransaya gedəndən sonra mən Azərbaycan vətəndaşlığından çıxmayacam ki? Dedi yox. Amma onu da dedi ki, üstündə «metrika»nı da götürməlisən. Qayıtdım ki, «metrika» nəyə lazımdı? Verdiyi cavabdan dəhşətə gəldim. Sən demə, «metrika»da ad və familiyamı pozub dəyişəcəklərmiş.
- Nə yazacaqlarmış?
- Vallah deyirdi ki, müvəqqəti erməni adı yazarıq, sonra düzəldərik. Mən də dedim ki, burda ac qalaram, belə şərəfsizliyə razı olmaram! O, gedən də getdilər.
- Bilmirsən Şəkidə başqa adamlarla görüşməyiblər?
- Onu deyə bilmərəm. Amma Şəkidən ora gedənlər var.
***
Dünən yazıda adı çəkilən və mövzunun əsas qəhrəmanı Hədiyyə Bahadır qızı ilə də əlaqə saxlamaq istədik. Onun Fransadakı mobil telefonuna dəfələrlə zəng vursaq da, əlaqə saxlaya bilmədik. Hədiyyə xanımın da mövqeyini dərc etməyə hazırıq.
Səbuhi Məmmədli
P.S. Göründüyü kimi, məsələ heç də bəsit “şantaj”, ya da “bir-birinə şər atmadan” ibarət deyil. Bu məsələ ilə bağlı konkret ittiham edən tərəf, cavab haqqından yararlanmayan, hətta gizlənən qarşı tərəf, “erməniləşmə” təklifi almış şəxs də var.
O ki qaldı Rahim Namazova. Bu şəxs Azərbaycanda “reket jurnalist” kimi tanınmış şəxslər siyahısındadır. Vaxtilə işlədiyi “Hakimiyyət” qəzeti onun şəkli ilə “insanların etibarından və qəzetin adından sui-istifadə etdiyi üçün” elanlı yazı dərc edib, “axtarış” elan etmişdi. Bu “jurnalist” Azərbaycandakı bir çox media qurumları, o cümlədən APA Agentliyi barəsində yarandığı ilk aylarda hüquq-mühafizə orqanlarına müraciət edib. O, müraciətində APA-nın “düşmən qüvvələrə, İsa Qəmbər və Əli Kərimliyə işlədiyini” “xəbər vermişdi”. Bunu həmin vaxt bir radionun müzakirə proqramında belə səsləndirmişdi. Belə bir adam necə siyasi mühacir statusu alıb? O, hansı siyasətin mühaciridi? Suallar açıq qalır...

1520