Uşaqlar ölməsin: Azərbaycandan Somaliyə yardımlar davam edir
15 avqust 2011 16:05 (UTC +04:00)

Uşaqlar ölməsin: Azərbaycandan Somaliyə yardımlar davam edir

Lent.az-ın məlumatına görə, İslam Konfransı Gənclər Forumundan bildirildiyinə görə, Somalidə aclıq çəkənlərə yardım üzrə İKGF-nin keçən həftə elan etdiyi xeyriyyə kampaniyasına çox sayda insan yardım etmək arzusunda olduğunu bildirib.
Elan verilən gündən İKGF-nin ofisinə yüzlərlə zəng olub, vətəndaşlar kampaniyaya necə, harada və hansı formada yardım göstərə biləcəkləri ilə maraqlanıb, maraqlı təkliflər və təşəbbüslər irəli sürüblər. Elan verildikdən sonrakı ilk gün ərzində yalnız fərdi şəxslərdən İKGF ofisində 3100 AZN nağd və 2500 AZN bank köçürməsi yolu ilə vəsait daxil olub. Kollektiv surətdə yardım etmək istəyənlərlə ayrıca forma işlənir.
Eyni zamanda, Somaliyə yardım üzrə kampaniya çərçivəsində İKGF tərəfindən xeyriyyə iftarlarının verilməsi də nəzərdə tutulur. Artıq bu həftə ərzində müxtəlif sosial qruplara yönəlik 3 belə iftar mərasimi nəzərdə tutulub.
Müraciət edən vətətndaşlardan yardım etmək istəyənlərin çox olduğunu, lakin hamının İKGF ofisinə gəlməyə imkanı olmadığını nəzərə alaraq, yardım kampaniyasına dəstək vermək istəyənlərlə iş üçün könüllü qruplar təşkil ediləcək.
Bundan əlavə bəzi ictimai təşkilatlar da kampaniyaya qoşularaq müstəqil surətdə vəsait toplayıb, sonda İKGF-nin kampaniyasının hesabına köçürəcəklərini elan ediblər.
Xatırladaq ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlayıb. Kampaniyanın əsas məqsədi Somalidə aclıq çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini koordinasiya etmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf formada toplanmasını, toplanmış vəsaitin Somalidə aclıq çəkənlərə çatdırılmasını təşkil etməkdir.
Bununla bağlı İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə yardım etmək istəyənləri Ramazan ayının 25-nə kimi (avqustun 25-26-sı) öz ianəsini kampaniyanın hesabına keçirməyə dəvət edir.
Yardım etmək istəyənlər vəsaitləri İKGF-nun
DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəz
Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
HESAB No 33409019442412143209
S.W.I.F.T. KOD: IBAZAZ2X
KOD: 805551
VÖEN: 9900001881
CORR. ACC: 0137010002944
saylı bank hesabına köçürə bilər, ya da İKGF-nin Bakı ofisinin 598 11 62 və 492 11 52 nömrəli telefonuna zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər.
# 1466

Oxşar yazılar