Növbəti qanvermə aksiyası keçirilib
12 avqust 2011 17:39 (UTC +04:00)

Növbəti qanvermə aksiyası keçirilib

“Azpetrol” şirkətinin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər. Bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb. Aksiya nazirliyin təşkilatçılığı ilə bu gün Hematologiya və Transfuziologiya İnstitutunda baş tutub.

Aksiya zamanı 56 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Nailə R.
# 485

Oxşar yazılar