DəmirBank filiallarında yol hərəkəti qaydalarının pozulması üzrə cərimələri ödəmək mümkündür
12 avqust 2011 16:13 (UTC +04:00)

DəmirBank filiallarında yol hərəkəti qaydalarının pozulması üzrə cərimələri ödəmək mümkündür

Yol hərəkəti qaydaları pozulması üzrə cərimələr Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsi ilə ödənilir. Bu sistemdə abunəçinin şifrəsini sürücülük vəsiqəsinin seriyası və nömrəsi əvəz edir. Dövlət Yol Polisi əməkdaşının tərtib etdiyi protokolun nömrəsi isə ödəniləcək invoysun nömrəsidir.

DəmirBank-da ödənişlər edən zaman mövcud olan qaydalara riayət olunur. Bələ ki, cəriməni ilk 3 gün ərzində ödəyərkən sürücüyə cərimə məbləğindən 10% endirim edilir. İnvoysda göstərilən bitmə tarixindən 3 gün keçdikdən sonra isə məbləğə müvafiq cərimələr əlavə olunur.

Hazırda DəmirBank-ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
# 547

Oxşar yazılar