Bu il abituriyentlərin 38,7 faizi 100 baldan az toplayıb
12 avqust 2011 12:31 (UTC +04:00)

Bu il abituriyentlərin 38,7 faizi 100 baldan az toplayıb

Lent.az-ın məlumatına görə, bu rəqəmi avqustun 12-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə açıqlayıb.

Onun sözlərinə görə, 2011-ci ildə orta məktəbləri bitirən şagirdlərin isə 28,1 faizi 0-100 arasında bal toplaya bilib.

Bu il ali məktəblərə imtahan verən şəxslərin 22 faizi isə 100-200 bal toplayıb. Bu il orta məktəbləri medalla bitirən şagirdlərin hamısının ali məktəblərə qəbul olunduğunu söyləyən TQDK sədri bu şagirdlərdən 3-nün ümumiyyətlə, TQDK-nın imtahanlarında iştirak etmədiyini deyib. Orta məktəbləri medalla bitirən şagirdlərin orta balı isə 500-dən yuxarıdır.

Orta məktəbi əlaçı bitirən, lakin medal ala bilməyən şagirdlərin 1,2 faizi 100 baldan az toplayıb. Onların 8,8 faizi isə 200-300 bal yığmağa müvəffəq olub.

Orta məktəbləri 4-4,5 orta qiymətlə bitirən şagirdlərin isə 11,6 faizi 100 baldan az toplayıb.

Orta attestat qiymətləri 3 olan şagirdlər isə həddən artıq zəif nəticə göstərib. Onların 87,7 faizi 100 baldan aşağı toplayıb.

Anar GƏRAYLI
# 495

Oxşar yazılar