Baş həkim: “Yemişdən bu yay ərzində kimsə zəhərlənməyib”
12 avqust 2011 12:24 (UTC +04:00)

Baş həkim: “Yemişdən bu yay ərzində kimsə zəhərlənməyib”

“Yay girəndən bəri yemişdən zəhərlənmə ilə bağlı heç kəs Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət etməyib”. Bu sözləri stansiyanın baş həkimi Mürsəl Həmidov Lent.az-a eksklüziv açıqlamasında bildirib.

Baş həkimin sözlərinə görə, qida zəhərlənmələrinin sayı ötən ilə nisbətən bu il azalıb: “Avqust ayı girəndən cəmisi 1 ailə sosiskadan zəhərlənmə ilə bağlı bizə müraciət edib. Kütləvi zəhərlənmə hallarına rast gəlməmişik”.

M.Həmidov mətbuatda yerli yemişlərin tərkibində nitratın çox olması və bundan zəhərlənmə hallarının artacağı ilə bağlı yayılan xəbərlərə inanmır: “Bu günə qədər kimsə bizə yemişdən zəhərlənmə ilə bağlı müraciət etməyib. Bir neçə il öncə qarpızdan zəhərlənmələrin sayı çox idi. Amma yemişlərin tərkibində nitrat aşkarlayan qurum dəqiq açıqlasın ki, məhz hansı rayonda belə hal müşahidə olunur”.

Nailə R.
# 555

Oxşar yazılar