Penitensiar Xidmət: Həbsxanalarda yemək saatları iftar və imsaqa uyğunlaşdırılır
“Penitensiar Xidmət müqəddəs Ramazan ayında bir çox nazirlik və dövlət qurumu ilə əməkdaşlıq edir. Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin nümayəndələri Ramazan ayıda cəza çəkmə müəssisələrində məhkumlarla müvafiq mövzularda söhbət edirlər. Eyni zamanda, bu ayda oruc tutan məhkumların imsaq və iftarlarını normal qaydada açması üçün müvafiq şərait yaradılıb”.
Bunu Lent.az-a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov bildirib. O deyib ki, məhkumların ibadətləri ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb: “Əlbəttə ki, daxili nizam-intizam qaydalarına riayət edilməsi şərti ilə...”
Ramazan bayramı ilə bağlı da bayram günlərində həbsxanalarda süfrələrin açılacağını bildirən Mehman Sadıqovun sözlərinə görə, hazırda həbsxanalarda nə qədər məhkumun oruc tutmasını hesablamaq mümkün deyil: “Onlardan bəziləri oruc tutub, sonradan dayanır, bəziləri ilk gündən tuta bilməsə də, sonrakı günlərdə başlayır, bəziləri ancaq Qədr gecələrində oruc tutur. Bu baxımdan, hazırda həbsxanalarda neçə məhkumun oruc tutmasını söyləmək çətindir. Bu rəqəm hər gün dəyişir”.
M. Sadıqov deyib ki, oruc tutan məhkumların durumunu nəzərə alan Penitensiar Xidmət həm səhər tezdən imsaqa duran, həm də axşam iftarını açan məhkumlara şərait yaradılıb: “Həbsxanalarda yemək saatları iftar və imsaq vaxtlarından fərqli olsa da, biz, oruclu məhkumlarımızı da nəzərə alaraq, onların yemək saatlarını iftar və imsaq saatlarına uyğunlaşdırmışıq”.
Anar GƏRAYLI

696