Gələcək polislər üçün yeni yataqxana
0
0
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov iştirak edib. Məktəb rəisinin vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Çərkəz Həsənov nazir müavininə raport verərək bildirib ki, bu tədris müəssisəsində son illər dinləyicilərin daha keyfiyyətli, müasir tələblər səviyyəsində təhsil almaları, polis peşəsinin sirlərini daha dərindən mənimsəmələri üçün xeyli iş görülüb.
Nazir müavini Oruc Zalov mərasim iştirakçılarını daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik edib, təhsildə, seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulayıb. Yeni tikililərlə yaxından tanış olan nazir müavini O.Zalov burada ilk dəfə xidmətə başlayan polis nəfərləri üçün yaradılmış sosial-məişət şəraitindən razılığını bildirib. O.Zalov əmin olduğunu bildirib ki, Məktəbin rəhbərliyi, komandir-müəllim heyəti və dinləyiciləri bu diqqətə və qayğıya yüksək peşə hazırlığı və xidməti nailiyyətləri ilə cavab verəcək.