Əflatun Amaşov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə tövsiyə verdi
29 iyul 2011 17:59 (UTC +04:00)

Əflatun Amaşov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə tövsiyə verdi

Şuradan Lent.az-a daxil olan məlumata görə, müraciət son vaxtlar həmin mətbu nəşrlərdə yazıçı Şamo Arifə istinadən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və onun valideynləri ilə bağlı dərc olunan materiallarla bağlıdır. Müraciətdə bildirilir ki, bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır: “Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimailəşməsindən getdiyindən məsələ narahatlıq və narazılıq doğurur”.

Ə. Amaşov müraciətdə qeyd edib ki, tarixi yaşantılarda, ədəbi-bədii proseslərin bir əsrə yaxın məqamlarında baş verən hadisələrin heç də hamısı özəlliklərinə görə qabardılmalı mövzular deyil: “Bunların ölçülüb-biçilmədən təqdimatından, bəzən şəxsi münasibətlər fonunda ikrah doğuran şəkildə qabardılmasından tərəflərdən çox cəmiyyət itirir”.

Şura sədri sözügedən KİV-lərə fəaliyyətlərində cəmiyyət qarşısındakı öhdəliklərinə zidd hallara yol verməməyi, diqqətli olmağı, hadisə və proseslərə həssas yanaşmağı tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar