41 dərəcə istidə açıq havada iş dayandırılmalıdır
29 iyul 2011 17:18 (UTC +04:00)

41 dərəcə istidə açıq havada iş dayandırılmalıdır

Əmək qanunvericiliyinə əsasən havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu hallarda açıq havada və sərinləşdirici qurğuları olmayan örtülü yerlərdə işlər dayandırılmalı, yaxud fasilələr verilməlidir.

APA-ECONOMICS”in məlumatına görə, bu haqda jurnalistlərə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Sosial hüquq məsələləri üzrə nəzarət şöbəsinin müdiri Tahir Musayev bildirib.

O qeyd edib ki, son günlər sinoptiklər tərəfindən Azərbaycanda havanın temperaturunun 42 dərəcədən yuxarı olması haqda məlumatlar verilir. Buna görə də DƏMX işəgötürənlər tərəfindən qanunvericiliyə əməl edilməsinə nəzarət məqsədilə ciddi işlərə başlayıb: “Əmək Müfəttişliyi Xidmətinin 23 bölgə, xüsusilə də Aran rayonları üzrə rəisinə xüsusi tapşırıqlar verilib. Bununla əlaqədar olaraq bölgələrdə işçi qrupları yaradılıb. Onlar iş yerlərinə, xüsusilə də asfalt salma və yol çəkilişi işlərində işçilərin iş rejiminə nəzarət edirlər”.


T.Musayevin sözlərinə görə, iş yerlərində fasilələrin yaradılması və ya işin tamamilə dayandırılması xüsusi mexanizmlə tənzimlənir: “Dövlət Əmək Müfəttişliyi Xidməti bütün iş adamlarına müraciət edir ki, xidmətin apardığı bu işə yardımçı olsunlar. İşçilərin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə qanunvericiliyə əməl etsinlər”.


Şöbə müdiri onu da qeyd edib ki, sözügedən sahədə nəzarət tədbirlərinə dünəndən başlanılıb və yaxın günlərdə nəticələr bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar