FHN və ABŞ-ın Ordu Mühəndisləri Korpusu birgə seminar keçirib - FOTO
İyulun 25-28-də Bakıda Amerika Birləşmiş Ştatlarının Ordu Mühəndislər Korpusu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Fövqəladə hallara mülki hərbi hazırlıq proqramı çərçivəsində seminar keçirilib.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, seminarda subasmaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə masaüstü təlim təşkil olunub.
Tədbirdə, həmçinin, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Səhiyyə nazirliklərinin, Dövlət Sərhəd Xidməti, "Azerenerji" ASC və Dövlət Dəniz Administrasiyasının nümayəndələri də iştirak edib.

854