Magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilə bilər
29 iyul 2011 12:39 (UTC +04:00)

Magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

0
Milli Məclisin (MM) payız sessiyasında Azərbaycanda magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi barədə məsələ də müzakirəyə çıxarılacaq.

APA-nın xəbərinə görə, bunu MM-in Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Ş. Hacıyev MM-in komitəsində “Elm haqqında” qanun layihəsi üzərində iş getdiyini qeyd edərək, bildirib ki, layihədə bununla bağlı da müddəalar yer alıb: “Mənim fikrimcə, magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. Bilirik ki, hərbi xidmətə gedəndə onlar elm və təhsildən uzaqlaşırlar.
Lakin bu o demək deyil ki, o yerlər bron olaraq saxlanmalıdır. Hər bir vətəndaş Vətən qarşısında öz borcunu verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 796

Oxşar yazılar