Bakıda günvurma ilə bağlı həkimə müraciət edənlərin sayı artıb
Baş həkim növbəti dəfə əhaliyə xəbərdarlıq edib: “Saat 11.00-dan 17.00-dək açıq havada qalmaq təhlükəlidir”
“Günvurmanı adi xəstəlik hesab etmək olmaz. Günvurma çox ağır xəstəlikdir. Havanın həddən artıq isti keçdiyi bu günlərdə əhali günvurmadan qorunmalıdır”.
Bu sözləri APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.
M. Həmidov əhaliyə bir daha xəbərdarlıq edib ki, səhər saat 11.00-dan axşam saat 17.00-dək açıq havada qalmaq təhlükəlidir: “Bayırda istirahət etmək istəyənlər səhər saat 11-dək və axşam saat 17-dən sonraya üstünlük verməlidirlər. Çimərliklərdə də bu saatlar istirahət etmək olar. Qalan saatlarda isə açıq havaya çıxmaq həyat üçün
təhlükəlidir, günvurma baş verə bilər”.
M. Həmidov bildirib ki, hərarətin yüksək olduğu günlərdə geyimlərə də diqqət yetirmək lazımdır. Belə vaxtlarda geyimlər kətan və pambıq materialdan olmalı, dar və kip olmamalıdır: “Həmçinin əhali gigiyenik qaydalara da riayət etməlidir. Dərinin təmiz saxlanılması tənəffüs prosesini normallaşdırır. Dəri çirkli, məsamələr bağlı olarsa, sözsüz ki, bu, orqanizmin daxilində hərarəti yüksəldəcək. Həm bu, həm də bayırdakı hərarət günvurmaya səbəb ola bilər”.
M. Həmidov günvurmaya məruz qalan insanlara ilk tibbi yardımın göstərilməsi ilə bağlı da tövsiyələrini açıqlayıb: “Gün vuran insanı dərhal kölgəyə çəkmək, havanın sərbəst daxil olması üçün paltarının yaxasını açmaq, ona sərinləşdirici maye içirtmək, bədənin açıq hissələrinə soyuq suda isladılmış tənzif qoymaq lazımdır. Eyni zamanda təcili tibbi yardıma müraciət etmək də lazımdır”.
Baş həkimin sözlərinə görə, belə günlərdə hər kəs çoxlu maye içməlidir: “Yay vaxtı bədənin daha çox maye itirməsi qanın qatılaşmasına və qan dövranında müəyyən durğunluğun yaranmasına səbəb olur. Buna görə də insanlar daim sərinləşdirici maye qəbul etməlidirlər”.
M. Həmidov onu da bildirib ki, son üç gün ərzində Bakı şəhərində əhali tərəfindən günvurma ilə bağlı stansiyaya müraciət edənlərin sayı artıb: “Son üç gün ərzində 9 nəfər günvurma ilə bizə müraciət edib. Beləliklə, yay mövsümü başlayandan bu günədək həmin diaqnozla stansiyaya müraciət edənlərin sayı 70 nəfərə çatıb. Müraciət edən 9 nəfərdən 5-i xəstəxanaya yerləşdirilib, qalanlarına isə tibbi yardım göstərilib və evə buraxılıb. Ümumiyyətlə gün vuran 70 nəfərdən 22-si xəstəxanaya yerləşdirilib”.

635