Mingəçevirə infotur təşkil olunacaq
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Millennium” turizm şirkətinin və “Kür” mehmanxanasının təşkilatçılığı ilə iyulun 30 və 31-də Mingəçevir şəhərinə infotur təşkil olunacaq.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, infoturun təşkilində məqsəd Mingəçevirdə turizm potensialını, mövcud infrastrukturu, əsas turizm xidmətlərini nümayiş etdirmək, turizm şirkətləri ilə otellər və olimpiya idman təlim mərkəzi arasında aktiv əməkdaşlığı stimullaşdırmaqdır.
Tədbirdə avarçəkmə turizm marşrutunun təqdimatının keçirilməsi də nəzərdə tutulub.
İnfoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyət iştirak edəcək. Bundan əlavə, turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzi və mehmanxanalarla, eləcə də mədəni-tarixi abidələrlə və şəhərin təbiəti ilə də tanış olacaqlar.
Xəyalə

577