Nazirlik MİS sədrini 10 min manat cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakıda şam ağaclarının yandırılması ilə bağlı edilmiş müraciət araşdırılıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonu T.Şıxəliyev və Kazımzadə küçələrinin arasında yerləşən ərazidəki şam ağaclarının yandırılması barədə daxil olmuş şikayət yerində yoxlanılıb.
Araşdırma zamanı məlum olub ki, sözügedən ərazinin 300 m2-lik sahəsində yanğın nəticəsində 15 ədəd yaşköküstə çoxillik Eldar şamı cinsli ağaclar boy inkişafı dayanacaq dərəcədə yanıb. Baş vermiş yanğına səbəb isə ağacların yerə tökülmüş yarpaqlarının yandırılması olub.
Faktla bağlı akt və protokol tərtib edilərək Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nurəddin Abbasova vəzifəli şəxs qismində inzibati qaydada 10 000 manat məbləğində cərimə tətbiq edilib və təbiətə dəymiş ziyana görə qanunvericiliyə uyğun iddia qaldırılıb.
Yaşıllıq ərazisindəki ağaclara aqrotexniki xidmət göstərilməsi üçün Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “Məcburi göstəriş” verilib.

608