“Ən yaxşı hamburqer hazırlayan şəxs” bəlli oldu –
Lent.az-ın məlumatına görə, müsabiqədən öncə ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Kristofer Cons çıxış edərək hamburqerin Amerikanın ən məşhur qidalarından biri olduğunu deyib: “Bütün dünyada ən tanınmış qidalar arasında hamburqer, çizburger və başqa yeməklər də var. Biz çox şadıq ki, bu gün bu yeməklərimizlə azərbaycanlıları tanış edirik. Azərbaycanda belə bir tədbirin keçirilməsi çox gözəldir”.
“Park Bulvar Mall”un piar-meneceri Günay Malikqızı bildirib ki, hamburgerin 111 yaşını qeyd etmək insanların marağına səbəb olub. O, bu cür layihələrin davamlı olacağını da diqqətə çatdırıb.
Müsabiqədə üç azərbaycanlı və üç amerikalı “Azərbaycanın ən yaxşı hamburqeri”ni hazırlamaq üçün yarışıb. Aşbazların işini isə altı nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib. Münsiflərdə Azərbaycan tərəfdən şoumen Murad Arif və “Dəyirman” qrupunun üzvü Malik və Amerika səfirliyinin dörd əməkdaşı təmsil olunub. 15 dəqiqə müddətində hazırlanan hamburqerləri münsiflər həm dad, həm də görünüş baxımından qiymətləndirib. Altı münsifin qərarına əsasən, amerikalı aşbaz “Ən yaxşı hamburqer hazırlayan şəxs” adını qazanıb. İkinci yerə isə azərbaycanlı aşbaz layiq görülüb.
Müsabiqə başa çatandan sonra xalq artisti Aygün Kazımova iştirakçıların qarşısında çıxış edib.
Qeyd edək ki, bişirilən hamburqerlərin bir hissəsi yarışı izləyənlərə paylanılıb, qalan hissəsini Park Bulvarda yerləşən “Best Food” restoranı 50 faiz endirimlə satıb. Bundan başqa 2 saylı uşaq evinin 20-yə yaxın sakini də “Best Food”un qonağı olub.
Xəyalə

928