“Ehsan məsələsində Naxçıvan nümunəsini bəyənirik”
“Yas mərasimlərində verilən ehsan məsələsində Naxçıvanın göstərdiyi nümunəni bəyənirik”. Lent.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə deyib.
Yas mərasimlərində çadır qurulmasına qarşı olmadığını bəyan edən QMİ sədri bununla belə, yeməyin israfçı dərəcədə verilməsinin əleyhinə olduğunu da qeyd edib: “Biz istəyirik ki, əgər ehsan verilirsə, bunun halallığı olsun. İnsanlar gəlib başsağlığı verə bilər. Amma bu şərtlə ki, başsağlığı yeməyə çevrilməsin. Hüzr sahibinə əziyyət verilməsin. Biz bunu məcbur edə bilmərik heç kimə. Bu mənəvi məsələdir. İnsanlar özləri belə etməlidirlər”.
Şeyxülislam deyib ki, onun bacısının yasında iştirak edənlər də yas məclisinin necə sadə keçdiyini görüblər: “Biz çalışırıq ki, belə mərasimləri sadələşdirək”.
Anar GƏRAYLI

553