Allahşükür Paşazadə: “Mollanın yanında siqaret də çəkirlər ki, mən beləyəm”
28 iyul 2011 11:24 (UTC +04:00)

Allahşükür Paşazadə: “Mollanın yanında siqaret də çəkirlər ki, mən beləyəm”

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün şəhidlərin ruhuna rəhmət diləyib. Şeyx Ramazan ayının gəlişi münasibətilə bütün dünya müsəlmanlarını təbrik edib. O deyib ki, ola bilsin, sovet vaxtında camaat dindarlara baxmırmış, ancaq bu, insanların o zamankı mühitdə dini başa düşməməsinə görə idi: “Çox şükür ki, bu gün insanlarımız dini başa düşür. İndiki insanlar dünənki deyil. Mərasimlərdə ehsan adıyla verilən çay, yemək, xüsusən, bu ayda israf olunmamalıdır. Bunun adını müasirlik qoyublar. Bu, müasirlik deyil. Hətta mollanın yanında siqaret də çəkirlər ki, mən beləyəm. Xahiş edirəm, Allahdan qorxun. Yavaş-yavaş biz də özümüzə hörmət eləməyi bacarmalıyıq. Əks təqdirdə, oxunan Quran da qəbul edilməyəcək”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar