Özəl ali məktəblər təhsil haqlarını aşağı salmaqda davam edirlər
27 iyul 2011 16:28 (UTC +04:00)

Özəl ali məktəblər təhsil haqlarını aşağı salmaqda davam edirlər

Azərbaycan İctimai-Siyasi Universiteti 2011/2012-ci tədris ili üçün II ixtisas qrupu üzrə qəbul aparılacaq bütün ixtisaslarda təhsil haqqını aşağı salıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul edilən qərara əsasən II ixtisas qrupu üzrə bütün ixtisaslarda təhsil haqqı 1900 manat müəyyənləşdirilib.
Qeyd edək ki, az əvvəl Azərbaycan İctimai-Siyasi Universiteti III ixtisas qrupu üzrə də qəbul aparılacaq bütün ixtisaslarda təhsil haqqının aşağı salınması və 2300 manat müəyyən edilməsi barədə qərar qəbul edib. Bundan əvvəl isə Bakı Biznes Universitetinin 26-cı proqrama daxil olan ixtisaslaşmalarına qəbul olmuş və qəbul olunacaq bakalavrlar üçün illik təhsil haqqı Universitetin Elmi Şurasının qərarı ilə 2000 manatdan 900 manata endirilib. Bura iqtisadiyyat üzrə beynəlxalq iqtisadi münasibətlər, mühasibat uçotu və audit, maliyyə və kredit, bank menecmenti, dövlət və bələdiyyə idarəetməsi ixtisasları aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar