İsa Peyğəmbərin həvarisinin məzarı Türkiyədə tapıldı
Dünyanın axtardığı məzar Türkiyədə tapılıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Dənizli vilayətinin Pamukkale rayonunda Hierapolis antik şəhərində qazıntı işləri aparan qrupun rəhbəri olan italyan professor Francesco DAndria, deyib ki, İncildə adı çəkilən və İsa peyğəmbərin 12 həvarisindən (apostol) biri olan Filippusun məzarını tapıblar.
Məzar Filippusun müqəddəs əşyalarını saxlamaq üçün inşa edilən Filippus Kilsəsinin yaxınlığında aşkarlanıb: “Buradan 40 metr kənarda yeni bir kilsənin qalıqlarını aşkarladıq və burada apardığımız qazıntılar zamanı Filippusun məzarını tapdıq. Hələ məzarı açmamışıq. Amma bu məzar bir gün mütləq açılacaq. Bu tapındı xristian dünyası və arxeologiya üçün çox önəmlidir. Xristianlar hacı olmaq üçün buraya gələcəklər”.
Francesco DAndria bildirib ki, Filippus xristianlığı yaymaq üçün Hierapolisə gəlib və burada romalılar tərəfindən öldürülüb. Onun sözlərinə görə, Filippusun məzarı V əsrdə onun adına tikilmiş kilsədən çıxarılıb və indi kəşf olunan yerdə dəfn edilib: “Bu tapıntı xristian dünyasını silkələyəcək”.

433