İnsan orqanizmi üçün təhlükəli dondurmalar satışdan çıxarılır
26 iyul 2011 18:53 (UTC +04:00)

İnsan orqanizmi üçün təhlükəli dondurmalar satışdan çıxarılır

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən dondurma istehsalı ilə məşğul olan fiziki şəxs Tahir Qasımova icrası məcburi göstəriş verilib.

Göstərişin icrası ilə əlaqədar 200,7 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. Araşdırmalar davam edir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 409 ünvanında İlham Məmmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edildiyi, etiketlərində məhsulun qida və enerji dəyəri haqqında məlumatların göstərilmədiyi, habelə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı müəyyən olunub.

Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 1351 kq dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən dondurma istehsalı ilə məşğul olan fiziki şəxs İlham Məmmədova icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar