“İsmayıllı” pendirində bağırsaq çöpləri qrupundan olan bakteriya aşkarlandı
26 iyul 2011 17:18 (UTC +04:00)

“İsmayıllı” pendirində bağırsaq çöpləri qrupundan olan bakteriya aşkarlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Bakı şəhəri, II Alatava küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Habil Mahmudova məxsus “Yeni” marketdə dövlət nəzarəti həyata keçirib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı mağazada satılan “İsmayıllı” pendirindən götürülmüş nümunələrin Təcrübə-Sınaq Mərkəzində sınaqları aparılıb. Sınaq protokoluna əsasən məhsulun tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.


Bundan başqa, ticarət obyektində Gürcüstan istehsalı olan duşes, Türkiyə istehsalı olan “Yeni Rakı” nişanlı 45%-li alkoqollu içki, “Sera” nişanlı konservləşdirilmiş badımcan, Rusiya istehsalı olan “Vodka Quardo” nişanlı alkoqollu içki, “Kuzya” nişanlı alkoqollu içki, “Akvadiv” nişanlı təbii müalicəvi mineral su, Macarıstan istehsalı olan “Scooby-Doo” nişanlı alkoqolsuz orta qazlı içki və mənşəyi məlum olmayan “Olmeca” nişanlı 38%-li alkoqollu içkinin qanunvericiliyə zidd olaraq uyğunluq sertifikatı olmadan satışa çıxarıldığı müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı məhsulların satışının qadağan edilməsi barədə tələbnamələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar