Narkomaniya bəlasına mübtəla olanlara yeni ümid
26 iyul 2011 12:23 (UTC +04:00)

Narkomaniya bəlasına mübtəla olanlara yeni ümid

ABŞ-ın Skrips İnstitutunun alimləri heroin əleyhinə vaksin yaradıb və vaksini artıq canlılar üzərində sınaqdan çıxarıblar. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, həmin dərman preparatı heroinin həzminin qarşısını alır və bu da heroinin qəbulundan sonra narkotik keflənməni aradan qaldırır.


Alimlər yeni kəşfin narkomaniya ilə mübarizədə ciddi effekt verəcəyinə əmindirlər. Professor Kim Yand deyib ki, anti-heroin vaksini güclü müalicəvi xüsusiyyətə malikdir və immun sisteminin reaksiyasını gücləndirir. İmmun sistemi insanda heroin molekullarını məhv edən antitel yaradır və nəticədə heroin molekulları beyinə daxil ola bilmir. Bu dərman preparatı qəbul etdirilən siçanlarda nəinki psixotrop effekt müşahidə olunub, eyni zamanda narkotik vasitələrə tələbatının azaldığı qeydə alınıb.

Təəssüf ki, yeni vaksin morfi və digər narkotik vasitələrə qarşı gücsüzdür, yalnız heroini zərərsizləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar