Qəbul imtahanları ilə bağlı Apelyasiya Komissiyası işə başlayır
Ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanları ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası işə başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşların ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbulla bağlı müraciətləri Apelyasiya Komissiyası tərəfindən iyulun 26-dan 28-dək araşdırılacaq.
Aşağıdakı hallarla bağlı müraciətlərə baxılmır:
- ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi;
- imtahan qaydalarının bakalavr tərəfindən pozulması;
- bir ali məktəbdən başqasına köçürülməsi, təhsil formasının və ya ixtisasın dəyişdirilməsi və təhsil haqqının ödənilməsi.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial təbəqəsinə güzəşt nəzərdə tutulmur. Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

509