Bazara yerli ov tüfəngləri gəlir
Hazırda atış testlərindən keçirilən yerli ov tüfənglərinin satışa çıxarılması silah bazarında qiymətlərin ucuzlaşmasına təsir göstərəcək. Bu barədə Lent.az-a Ovçular Birliyinin nəzdində olan ovçu mağazalarından bildirilib.
İlk olaraq bazara 16 və 12 kalibrli tüfənglərin çıxarılması nəzərdə tutulur. Artıq silahların istehsalı ilə məşğul olan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları bir neçə dəfə ayrı-ayrı ovçu mağazalarına baş çəkərək, bazarın tələbatını da öyrəniblər.
Yerli ov tüfənglərinin Türkiyə şirkətləri ilə bir yerdə istehsal olunduğu söylənilsə də silah satışa çıxarılmadığından keyfiyyəti və davamlılığı haqqında məlumat yoxdur.
Ovçular Mağazasında deyiblər ki, ötən ildən başlayaraq yerli istehsal olan və “Qartal” adlanan hazır patronların satışa çıxarılması qiymətlərin düşməsinə səbəb olub. Xüsusilə də Rusiyada istehsalı dayandıqdan sonra 2009-cu ildə 16 kalibrli patronların qiymətinin qalxması baş verib. Yerli patronlar satışa çıxarıldıqdan sonra burada qiymət kalibrlərinə əsasən 20 faizə yaxın ucuzlaşıb.
Ramiz

Oxşar yazılar

Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26
İnformasiya agentlikləri ilə bağlı YENİLİK
2 iyul 2025 , 10:24
Azərbaycanda xarici media - YENİ TƏLƏBLƏR
2 iyul 2025 , 10:18
Media Reyestrində olmadan fəaliyyət göstərənlər 5000 manatadək cərimələnəcək
2 iyul 2025 , 10:10
Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü
2 iyul 2025 , 09:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 iyul 2025 , 08:37
Bu BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02