Doktoranturada təhsil qiymətləri ilə bağlı Tarif Şurasına müraciət edilib
23 iyul 2011 14:25 (UTC +04:00)

Doktoranturada təhsil qiymətləri ilə bağlı Tarif Şurasına müraciət edilib

Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, artıq təkliflər Azərbaycan Nazirlər Kabinetinə də göndərilib. Bu il doktoranturada Azərbaycan vətəndaşları üçün ödənişli təhsil olmayacaq, təhsil ödənişsiz və dövlət hesabına olacaq. Tarif Şurası təsdiq edərsə, doktoranturada ödənişli təhsilin tətbiqinə gələn ildən başlana bilər. A. Həşimov deyib ki, vətəndaşlığı olmayan və xarici vətəndaşlar üçün doktoranturada təhsil pulludur: “Bu məbləği elmi müəssisələr özləri müəyyənləşdirirlər. AMEA üçün bu məbləğ 2500 manat nəzərdə tutulub. Qaydalarda nəzərdə tutulub ki, bu məbləğlə bağlı güzəşt edilə də bilər. Bununla, Gürcüstandan və Rusiyadan doktoranturaya sənəd vermək istəyən azərbaycanlılara şərait yaratmaq istəyirik”.


AMEA-nın I vitse-prezidenti xatırladıb ki, doktoranturaya sənəd qəbulu ilə bağlı elan gələn ay veriləcək. Sentyabrın 1-dən 30-dək sənədlər qəbul ediləcək. Oktyabr ayında isə doktoranturaya qəbul imtahanları keçiriləcək. A. Həşimov doktoranturaya qəbul üçün yaş senzinin nəzərdə tutulmadığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar