Sənətçilərin sevdiyi və sevmədiyi jurnalistlər - SORĞU
Mətbuat nümayəndələri bu gün bütün sahələrdə fəaliyyət göstərən şəxslərin təbrik və xoş arzuları ilə peşə bayramını qeyd edirlər. Lent.az ənənəni pozaraq, bu dəfə mətbuat işçiləri ilə bağlı sorğu hazırlayıb. Şou-biznesi diqqətdə saxlayan sənətçilər bu gün jurnalistlərdən, onlarla münasibətlərindən, eləcə də sevdiyi və narazı olduqları mətbuat işçilərindən danışıblar.
Sən demə Lent.az bu ideyanı reallaşdırmaqla xalq artisti Nisə Qasımovanın qabaqlayıb. Onun da belə planları varmış: “Biz “Nisə” jurnalını təsis edəndə işçilərimə dedim, arzum odur ki, üz qabığında digər tanınmış şəxslər kimi onların da şəkli olsun, çünki mənlik gözdən oxunur. Dəyərli insanlardan onların haqqında fikirlər, məsləhətlər alaq. Siz məni qabaqlamış oldunuz... Təbrik edirəm!”
Xalq artisti deyib ki, vaxtilə “Oxu məni” qəzetində qalmaqallı yazıları ilə diqqət mərkəzində olan Afət Rahilqızı ilə kəskin mübahisəsi olub: “Çoxdan olub, yazmışdı ki, qardaşımın evlənmək istədiyi xanımla münasibətinə mane olmuşam. Mən onu yaxşı niyyətlə etmişdim. Hansı bacı belə bir qadının ailəsində olmağını istəyər? Mən də Nisə imicindən çıxıb onunla mübahisə edib başa saldım ki, qızım sən belə birini evində görmək istəyərsən? Düzdür, ondan sonra mən o jurnalisti bağışladım. Bir dəfə də Cavanşir Babəlioğlu mənim haqqımda mənliyimə toxunan bir məqalə yazmışdı, sonra görüşdük və ondan soruşdum ki, gözlərimə baxsın, mən onun yazdığı insana bənzəyirəm? O, üzrxahlıq etdi. İndi hamı ilə münasibətim normaldır. Jurnalistləri anlayıram, onların da işi çətindir. Tahirə (“Şərq” qəzeti), İradə(“Simsar”), Zülfiyyə (“ANS press”-in əməkdaşı), Azər Nəsibov( müstəqil jurnalist) , sən (Lent.az-ı nəzərdə tutur) mənim sevdiyim və özümə qarşı hörmət gördüyüm jurnalistlərdir. Onlar mənə qarşı çox yaxşı olublar, mən jurnalistlərlə necə küsülü qala bilərəm?”
Əməkdar artist Dilarə Əliyevanın mətbuatla bağlı yadda qalan xatirəsi Kulis.az-ın əməkdaşı Ramilə Qurbanlı ilə bağlı olub: “Kulis.az-ın yazarı Ramilə Qurbanlı “Burda və İndi”nin çəkilişini işıqlandırmaq üçün qonağımız oldu. Çəkilişdəyik, özümüzü proqrama həsr eləmişik, ara-sıra baxıram ki, Ramilə bülöv daşı kimi oturub, üzündə də insan əzabının son həddi. İnsan istər-istəməz narahat olursan. Yazı çıxdı, oxudum, bəyəndim, hər şey superdir! Zəng vurub təşəkkür edirəm, soruşuram ki, Ramilə bəs niyə elə o şəkildə ifadəsiz oturmuşdun? Mənə cavab verir ki, mən gülə bilmirəm... Ramiləyə demişəm gəl, tez-tez görüşək, nəyi də bilməsək, gülməyi bacarırıq”.
Aktrisa deyir ki, həqiqi jurnalistlər çox azdır, onların əksəriyyəti çox vaxt ciddiliyi başqa mənada nümayiş etdirirlər: “Öz ambisiyalarından çıxış edən, sifarişlə yazan jurnalistlər də var. Qərəz, tərəfkeşlik o saat hiss olunur. Amma elə jurnalistlər var ki, tənqidi yazsa da savadlı, faktlara söykənən fikirləri ilə diqqəti çəkir. Onlarla hesablaşmalı olursan. Sirr deyil ki, mətbuatda ən çox səninlə ( Lent.az- ın əməkdaşını nəzərdə tutur) əməkdaşlıq edirəm, yazılarını da bəyənirəm, bunu qeyd et. Bundan başqa, Eldənizin yazıları çox xoşuma gəlir, onu izləyirəm. Bəyənmədiklərimi demək istəmirəm, çünki onları heç diqqətdə saxlamıram, necə analiz edə bilərəm?”
Xalq artisti İlhamə Quliyeva isə özünü dördüncü hakimiyyətin yaxın dostu bilir: “Mətbuatdan çox razıyam. Lakin qondarma yazı-pozular da var, mətbuatı izləyirəm. “Gündəlik Bakı” qəzetində sənətçilərin haqqında çıxan materialları maraqla oxuyuram, çox da bəyənirəm! Jurnalistlərin aralarında ədalətli və qeyri-ədalətli olanlar var. Aynur Hacıyeva ( Day.az-ın əməkdaşı) hardadı? Bax, mən onu çox sevirəm! O qızı pul, tapşırıq, dostluq çaşdırmır. Bir də sən obyektiv qızsan!( Lent.az-ın əməkdaşını nəzərdə tutur) Mənim dediklərimi qeyd elə! Şahin (“Trend” informasiya agentliyi) bir az sensasiya axtarandı, amma istəyəndə gözəl informasiyalar yazır. Bir də Tahirəni ( “Şərq qəzeti”nin müxbiri) çox istəyirəm, o da yaxşı qızdır! Mən bütün jurnalistlərə can sağlığı, vətəni sevməyi, onun qulluğunda durmağı arzu edirəm”.
Xumar Qədimova bayram günü heç kimi kölgəsini qılınclamaq istəməyib, xoş arzularla kifayətlənib: “Dürüst olsunlar, yaxşını pisdən seçməyi bacarsınlar, açıq sözlü olsunlar. Mən adlar çəkməyəcəyəm, onların arasında sevmədiklərim və çox sevdiyim, oturub dost kimi sirlərimi paylaşdığım da var. Bu gün onların peşə bayramıdır, hamısını təbrik edirəm”.
Müğənni Ayan həmkarlarındansa mətbuat işçiləri ilə ünsiyyətdə olmağı məqbul sayır: “Jurnalistlərlə münasibətim çox yaxşıdır, həmişə mənə dəstək olublar. Onları təbrik edirəm. Bir dəfə xoşagəlməz bir hadisə yaşadım, onu artıq unutmuşam, indi bunu danışmaq istəmirəm, çünki hər şey qaydasındadır. Yadımda qalan odur ki, sənin (Lent.az-ın əməkdaşı) şirin dilinə aldanıb, evimin qapısını açdım və şəxsi həyatımla bağlı sualları cavablandırdım. O gündən ənənə yaranıb, Ayanın qapısı bir çox jurnalistin üzünə açılıb. Qapım kimi ürəyimi də sevdiyim dostlara açmaq çox xoş oldu”.
Müğənni Roza Zərgərli isə bu gün çox maraqlı bir faktı açıqlayıb. Sən demə, onun səhnə adı mətbuatın məqaləsindən sonra yaranıb: “Düz on ilə əvvəl qəzetlərin birində səhvən “Roza Allahverdiyeva Zərgər qızı” kimi yazılmalı olan cümlə çap səhvi ilə Roza Zərgər kimi gedib. O gündən bu yana Roza Zərgərli kimi tanındım. Mənim səhnə adımın yaranmasında mətbuatın rolu var. Bütün jurnalistləri sevirəm, hamısı ilə çox yaxşı münasibətdəyik, onları öpürəm, təbrik edirəm! Şahin Cavadsoy (“Trend”) bu il “Yaxşıların yaxşısı” adını alıb, bu, artıq çox şeyi deyir, o qalmaqallı, eyni zamanda mülayim jurnalistdir, Yeganə (Vesti.az) mənim mətbuat katibim olsa da, onun haqqında jurnalist kimi danışıram, hərtərəfli insan və jurnalistdir. Feliksin (1 news.az) gərək dostu olasan ki, haqqında məqalə yaza(gülür). Seymur Zəkəryayev (1 news.az) korifeydir. Lalə Yusifqızının (Lent.az) adı gül adı olsa da, özü tikandır. Türkan Məmmədlini (milli.az) bəyənməsəydim, evimin qapısından içəri buraxmazdım. Zülfiyyə Qurbanova da (ANS press) çox yaxşı və maraqlı jurnalistdir”.
Jurnalistləri sevmədiyini hər fürsətdə dilə gətirən Rəhim Rəhimli bu gün də ənənəsinə sadiq qalıb: “Səninlə (Lent.az-ın əməkdaşı ilə) vaxtilə aramızda anlaşılmazlıq olub. Mən mətbuatdan uzaq gəzirəm. Müsahibələri sevmirəm. 5 jurnalist - sən, “Ternd”-dən Şahin, “ans press”dən Zülfiyyə, milli.az-dan Türkan və Gün.az-dan Ülviyyə Alovlunu tanıyıram. Mənlə bağlı nə baş versə, tanıdığım beş nəfərlə danışıram. Başqaları zəng vuranda danışmıram, bəlkə o sizdən qat-qat savadlı, nüfuzludur, amma danışmıram. Cəmi beş nəfərlə görüşürəm. İnciməsinlər, jurnalist adı gələndə bir az neqativ hisslər oyanır”.
Rəhim Rəhimli tanıdığı beş jurnalisti “saf-çürük” edib: “Türkan Məmmədli ilk müsahibə verdiyim jurnalistdir, ona jurnalist yox, dost kimi baxıram. Məndən xoşagəlməz bir şey eşitsə, inanıram ki, yazmayacaq. Şahin eşitsə, harada olsa, məni tapar və açıqlama alar. Mən Türkiyədə olanda zəng edib anamdan haqqımda xəbərlər soruşub yazırdı. Seymur eşitsə, yazar, amma soruşar nə qədər həqiqətə uyğundur. Amma Lalə... Eşidər, heç soruşmasa da, yazar”.
Lalə Yusifqızı

1051