Kardioloqlar, revmotoloqlar və nevropatoloqların imtahanının nəticəsi açıqlandı
22 iyul 2011 16:50 (UTC +04:00)

Kardioloqlar, revmotoloqlar və nevropatoloqların imtahanının nəticəsi açıqlandı

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 20-də kardiologiya, revmotologiya və nevropatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 126 həkim iştirak edib.
İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 121 (96%) nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları iyulun 27-də mamalıq-ginekologiya ixtisası üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar