Təhsil idarəetmə orqanlarında yaşı 65-ə çatmış dövlət qulluqçularının siyahısı hazırlanacaq
APA-nın məlumatına görə, əmrə əsasən, Təhsil Nazirliyinin Mərkəzi Aparatında və yerli təhsili idarəetmə orqanlarında yaş həddi 65-ə çatmış dövlət qulluqçularının siyahısını hazırlanaraq rəhbərliyə təqdim ediləcək.
Nəzərdə tutulmuş meyarlar nəzərə alınmaqla yerli təhsili idarəetmə orqanlarının təklifləri əsasında 65 yaşına çatmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflər hazırlanacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırıq verilib ki, müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla 65 və ondan yuxarı yaş həddində olan dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflərini hazırlayıb 10 gün ərzində nazirliyə təqdim etsinlər. Sonrakı mərhələlərdə onlar 65 yaş həddinə çatmış, habelə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin təkrar uzadılması ilə bağlı təkliflərini 1 ay əvvəldən hazırlayıb nazirliyə təqdim edəcəklər.

537