65 yaşına çatanların təhsil müəssisələrində işləməsi meyarları müəyyənləşdi
22 iyul 2011 14:02 (UTC +04:00)

65 yaşına çatanların təhsil müəssisələrində işləməsi meyarları müəyyənləşdi

APA-nın məlumatına görə, əmrə əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısı hazırlanaraq rəhbərliyə təqdim ediləcək. Eyni zamanda təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin qanunda nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflər də hazırlanacaq.


Əmrdə təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması üçün meyarlar müəyyənləşdirilib. Həmin meyarlara son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması daxildir.


Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırıq verilib ki, müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etsinlər və nəticələr barədə Təhsil Nazirliyinə məlumat versinlər. Onlar Təhsil müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını hazırlayacaq, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar tədbirlər həyata keçirəcək, nəticəsi barədə siyahılar təqdim edilməklə Təhsil Nazirliyinə məlumat verəcəklər.


Əmək müqaviləsi ləğv olunmuş pedaqoji işçilərin dərs yükləri mövcud normalara uyğun olaraq ixtisaslı digər müəllimlər arasında bölüşdürüləcək.

Qanunun icrası ilə bağlı yerlərdə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar