Füzuli Ələkbərov: “İşimizi 3 istiqamətdə görmək istəyirik”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən il ərzində 1 milyon 300 min nəfərə xidmət göstərilir. Lent.az-ın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov söyləyib.
Füzuli Ələkbərov
deyib ki, bu insanların 525 min nəfəri ünvanlı sosial yardımdan, əlavə olaraq 240 min nəfər tibbi sosial ekspertiza xidmətindən yararlanır. Nazir vurğulayıb ki, bu sahələrdə də həm şəffaflığın, həm qaydaların təkmilləşdirilməsi yollarını axtarırlar və çalışırlar ki, vətəndaş – məmur əlaqələrini, təmaslarını minimuma endirsinlər: “Bu nöqteyi-nəzərdən biz bu sahəni təkmilləşdirmək üçün 3 istiqamət üzrə öz işimizi görmək istəyirik. Birincisi, mövcud qaydaların təkmilləşdirilməsinə çalışırıq. Dünya praktikasından istifadə edərək informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək yeni müraciət mexanizmlərinin tətbiqini qeyd etmək istəyirəm. Bu sahədə artıq əmr də imzalanıb. Balakən və Cəlilabad rayonunda bu monitorinqi keçirəcəyik”.
Füzuli Ələkbərov bildirib ki, ictimai nəzarətin artırılması istiqamətində də səy göstərilir: “Bizim bu sahədə mətbuat təmsilçilərinə çox böyük ehtiyacımız var. Eyni zamanda, nazirliyimizin nəzdində İctimai Şura da yaradılıb. İyulun 15-də İctimai Şuranın ilk iclası keçirilib. Ombudsman Aparatı, Azərbaycan Milli QHT Forumu, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsi, Konstitusiya Araşdırmalar Mərkəzi, “Şəffaflıq Azərbavcan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası kimi vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin təmsil olunduğu İctimai Şuranın Əsasnaməsi artıq təsdiq edilib”.
Əmək və əhalinin sosial müdafiəsi naziri şəffaflığın təmini üçün nazirliyin yoxlama-nəzarət funksiyalarını davam etdirdiklərini də nəzərə çatdırıb: Bütün bu istiqamətlər üzrə fəaliyyətimizi davam etdirsək, daha da çox müsbət nailiyyətlər əldə edəcəyik”.
Ramiz Mikayıloğlu

598