FHN Mülki Müdafiə Qoşunları təlim keçirib
22 iyul 2011 12:10 (UTC +04:00)

FHN Mülki Müdafiə Qoşunları təlim keçirib

APA-ın “Fövqəladə Hallar” qəzetinin saytına istinadən verdiyi məlumata görə, təlimə Xızı Rayon İcra Hakimiyyətinin mərkəzi aparatı, rayon fövqəladə hallar komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt Mülki Müdafiə qüvvə və vasitələri, həmçinin təsərrüfat obyektləri cəlb olunub.


Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq obyektə daxil olmuş cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetiriblər.


Təlimlərin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına, praktiki tədbirlərin yerinə yetirilməsinə, mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib. Kompleks təlimin əməli tədbirlər mərhələsində rayonun hərbiləşdirilməmiş dəstələrinin 200 nəfər şəxsi heyəti və 30 ədəd texnikası iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409

Oxşar yazılar