Bakıda təhlükəli dondurma istehsal edən 2 istehsal sahəsi də aşkarlandı
21 iyul 2011 18:23 (UTC +04:00)

Bakıda təhlükəli dondurma istehsal edən 2 istehsal sahəsi də aşkarlandı

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-Qərb ünvanında “S.A.B.A. şirkəti” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı, habelə məhsulların etiketində qida və enerji dəyərinin göstərilmədiyi müəyyən edilib.

Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar dondurma istehsalı və yoxlama zamanı aşkar edilmiş 2,8 ton dondurmanın satışının dayandırılması, habelə müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “S.A.B.A. şirkəti” MMC-yə icrası məcburi göstəriş verilib.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21 ünvanında “AER” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı da müəyyən edilib. Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar, dondurma istehsalı və yoxlama zamanı aşkar edilmiş 4,6 ton dondurmanın satışının dayandırılması, habelə müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “AER” firmasına icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar