Qaçqın və məcburi köçkünlərin problemlərinə 4,5 milyard dollar sərf olunub
21 iyul 2011 17:50 (UTC +04:00)

Qaçqın və məcburi köçkünlərin problemlərinə 4,5 milyard dollar sərf olunub

APA-nın məlumatına görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının (AXP) üzvləri ilə görüşündə bildirib.

Komitə sədri deyib ki, bunun 2,6 milyard dolları büdcə, 1 milyard dolları Dövlət Neft Fondunun, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Ötən dövrdə qaçqın və məcburi köçkünlər üçün 67 yeni qəsəbə tikilib, 100 min qaçqın və məcburi köçkün həmin qəsəbələrə köçürülüb.

AXP-nin sədri Luca Volonte Azərbaycandakı qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə maraqlandıqlarını diqqətə çatdırıb. O, əlavə edib ki, Dağlıq Qarabağ probleminin həlli danışıqlar yolu ilə həll edilməli, məcburi köçkünlər evlərinə qayıtmalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar