Temperatur 42 dərəcəyə çatacaq
21 iyul 2011 16:09 (UTC +04:00)

Temperatur 42 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti
xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həftənin sonunadək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40 dərəcəyə, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

Abşeron yarımadasında həftənin sonunadək davam edəcək kəskin istilər, xüsusilə günorta saatlarında əhali üçün əlverişsizdir. Günün qızmar vaxtında açıq havada olmaq məsləhət görülmür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar