Türkiyədə azərbaycanlı qadının böyrəyi qızına köçürülüb
21 iyul 2011 10:49 (UTC +04:00)

Türkiyədə azərbaycanlı qadının böyrəyi qızına köçürülüb

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçən il hamilə qalan Lalə yüksək təzyiqdən əziyyət çəkdiyi üçün dərmanlardan istifadə edib və bu da onun 4,5 aylıq körpəsinin ana bətnində ölməsinə səbəb olub. Lalə Həsənova bunu bilməyib və 15 gün ölmüş körpəni bətnində gəzdirib. Vəziyyəti ağırlaşan qadın xəstəxanaya aparılıb. Onun bədənində zəhərlənmə baş verdiyi, eyni zamanda böyrəklərinin çürüdüyü üzə çıxıb. 1,5 il müalicə olunan Lalə daha sonra dializə qoşulub. Bir ay əvvəl əri Turqay Eroldan böyrək köçürülməsi üçün Akdəniz Universitetinin Orqan Nəqli İnstitutuna müraciət edən Lalənin ümidləri boşa çıxıb. Ərinin böyrəklərinin ona uyğun olmadığı bildirilib.


Lalənin Bakıda yaşayan 52 yaşlı anası, piano müəlliməsi Fima Həsənova qızının bu durumuna dözə bilməyib və könüllü olaraq böyrəyindən birinin qızına köçürülməsi üçün Türkiyəyə gedib. Aparılan yoxlamalar zamanı ananın böyrəyinin qızına uyğun olduğu müəyyənləşib. Keçən həftə ananın böyrəyi qızına köçürülüb. Lalə Həsənova deyib ki, artıq özünü çox yaxşı hiss edir, dünyaya yenidən göz açmış kimidir. O, anasına təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar