“Eurovision”a qədər Milli Park Dövlət Bayrağı Meydanına qədər uzadılacaq
20 iyul 2011 13:31 (UTC +04:00)

“Eurovision”a qədər Milli Park Dövlət Bayrağı Meydanına qədər uzadılacaq

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Əsgərov deyib. O, rayon ərazisində maraqlı layihələrin gerçəkləşdirildiyini, o cümlədən yol çəkilişlərinin aparıldığını bildirib: “Müsabiqə başlanan vaxtadək Milli Park Dövlət Bayrağı Meydanına qədər uzadılacaq”.


A. Əsgərov bu layihələrlə Azərbaycan prezidentinin şəxsən maraqlandığını bildirib. İcra Hakimiyyətinin başçısı Səbail rayonu ərazisindəki “Alov qüllələri” (“The Flame Towers”) kompleksinin, “Four Seasons”, “Hilton” və “Mariot” otellərinin tikintisi davam etdirildiyini, bu işlərin ilin sonunadək yekunlaşacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar