SOCAR Yay Məktəbi layihəsinə start verdi
ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yay Məktəbində iştirak etmək üçün tələbələrin Azərbaycan vətəndaşı olması, ölkə daxilində və ya xaricdə bakalavr (2,3,4-cü kurs) və magistr pillələrində Avtomatika və İKT, Boru kəmərləri, Ekologiya, Energetika, Geoloji kəşfiyyat, Hüquq, Qaz-neft-mədən, Qazma, İqtisadiyyat, Kimya-texnologiyası, Neft-mexanika və İnsan resurslarının idarəedilməsi ixtisasları üzrə təhsil alması, təhsil aldığı müddətdə üçdən çox “kafi” qiyməti olmaması ilkin şərtlərdəndir.
Xarici ölkələrdə təhsil alan tələbələr üçün qiymətlərin ümumi ortalaması (GPA) 2,5-dən az olmamalıdır. Yay Məktəbinin əsas məqsədi - ARDNŞ-nin fəaliyyət çərçivəsinə daxil olan enerji sektorunun müxtəlif həlqələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, emalı və neft-kimya, ekoloji normalar və alternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neft və neft məhsullarının satışını əhatə edərək ARDNŞ-nin iş mexanizmi barəsində tələbələrdə ümumi fikir yaratmaqdır. Müsabiqə əsasında seçiləcək tələbələr Yay Məktəbi müddətində müxtəlif mövzuları əhatə edən interaktiv mühazirələrdə və məşğələlərdə iştirak edərək nəzəri biliklərini artırmaqla yanaşı, təşkil olunacaq ekskursiyalara qatılaraq prosesi yaxından izləmək imkanına sahib olacaqlar. Yay Məktəbi proqramının tədrisində xaricdə nüfuzlu universitetlərdən məzun olmuş gənc mütəxəssislər iştirak edəcəklər. Tələbələr üçün dərslərdən sonra maraqlı sosial proqram da təşkil olunacaq.
İlkin şərtlərə cavab verən tələbələr iyulun 31-dək ARDNŞ-in rəsmi internet səhifəsindən (www.socar.az/tehsil) Yay Məktəbinə ərizələrini təqdim edə bilərlər. Yay Məktəbi üçün bütün xərclər ARDNŞ tərəfindən ödəniləcək.

1932