“Aslan” MMC “Düşes” və “Tərxun” içkilərinə görə cərimələndi
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Aslan” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin, albalı və şaftalı meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edilməsi, habelə “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb.
“Haqsız rəqabət haqqında” qanununun tələblərini pozduğuna görə sahibkar “Aslan” MMC-yə 320 manat maliyyə sanksiyası tətbiq edilib.
“Haqsız rəqabət haqqında” qanununun tələblərini pozduğuna görə sahibkar “Aslan” MMC-yə 320 manat maliyyə sanksiyası tətbiq edilib.
972