DəmirBank-dan pul köçürmələri üzrə növbəti 16 müştəri lotereyada pul qazandı
DəmirBank-ın pul köçürmələri üzrə uduş kampaniyasının 4-cü tirajında 16 qalib müştəri müəyyən edilib. Bu müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul məbləği udub. Qaliblərin siyahısı Bankın İnternet saytında verilir. Bank həmçinin qaliblərə telefonla məlumat verir.
Pul köçürmələri üzrə uduş kampaniyası 6 ay davam edəcək. Kampaniyanın növbəti tirajı 15 avqust tarixində keçiriləcək.
DəmirBank-ın istənilən filialında “Western Union”, “Coinstar”, ”Contact”, “Blizko”, “PrivatMoney”, “Bıstraə poçta”, “Zolotaə korona” və ya “Şimşək” sistemi ilə ən azı 300 manat, 300 ABŞ dolları, 300 avro və ya 9000 rus rublu məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir.
“DəmirBank-da pul köçürmələri üzrə həyata keçirilən Uduş kampaniyası və Mobil Danışıq Kartı Hədiyyə aksiyası müştərilərimizin məmnuniyyətinin artırılmasına xidmət edir. Uduş kampaniyası çərçivəsində 64 müştəri artıq pul mükafatı qazanıb. Biz uduş kampaniyasının qaliblərini təbrik edirik və növbəti ay kampaniyanın 5-ci tirajında bütün digər müştərilərimizə də uğurlar arzulayırıq”, – deyə, Bankın İdarə Heyətinin Sədr Müavini Yusif Cabbarov bildirib.
Hazırda DəmirBank-ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
Bankın təcili pul köçürmə xidmətləri və “Pul köçürənə və alana mobil danışıq kartı hədiyyə” aksiyası barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

728