Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulunun vaxtı açıqlandı
01 iyul 2011 17:18 (UTC +04:00)

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulunun vaxtı açıqlandı

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyulun 5-dən avqustun 10-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Abituriyentlər tələb olunan sənədlərini aşağıdakı SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:

Bakı şəhəri:

Binəqədi rayonu - 276 saylı məktəb (Naxçıvanski küç., 38, tel.: 562-78-65); 115 saylı məktəb (Azadlıq pr., 183, tel.: 569-04-94); 297 saylı məktəb (Y. Hüseynov küç., 7-ci döngə, tel.: 406-69-84); Xətai rayonu - 95 saylı məktəb (Qaçaq Nəbi küç., 13, tel.: 475-18-33); 58 saylı məktəb (A.Novruzov küç.,13, tel.: 424-82-35); 249 saylı məktəb (Gəncə prospekti,14, tel.: 579-37-06); Nəsimi rayonu - 19 saylı məktəb (A.Mustafayev küç., 20 tel.: 569-62-71); 46 saylı məktəb (Bülbül prospekti 36, tel.:495-84-82) Səbail rayonu - 190 saylı məktəb (Nigar Rəfibəyli küç., 8, tel.: 492-48-74); 51 saylı məktəb ( 20-ci sahə, Ö.F.Nemanzadə, 13, tel.: 581-22-50, 581-51-94) ; Sabunçu rayonu - 307 saylı məktəb (Zabrat qəs., Axundov küç., 55, tel.: 550-01-92, 550-01-94); 96 saylı məktəb (Bakıxanov qəs., Sülh küç., 32, tel.:428-31-18, 428-31-01) Qaradağ rayonu - 139 saylı məktəb (Lökbatan qəs. N.Gəncəvi küç., 1, tel.: 445-21-93); Xəzər rayonu - 136 saylı məktəb (Binə qəs. Kolxoz küç.,1, tel.: 456-25-35); Nizami rayonu - 242 saylı məktəb (Naxçıvanski küç., 26, tel.:376-25-94, 570-52-25); 250 saylı məktəb (B.Nuriyev küç., 45, tel:474-08-41); Nərimanov rayonu - 47 saylı məktəb (Azadlıq prospekti, 139, tel.: 440-93-01); 193 saylı məktəb (H.X.Məmmədov küç., 11, tel.: 567-99-44, 566-69-02); Yasamal rayonu - 158 saylı məktəb (Akim Abbasov küç.,6, tel.: 432-67-32); 20 saylı məktəb (Parlament prospekti,7, tel.:510-42-49);; Suraxanı rayonu - 85 saylı məktəb (Suraxanı qəs. 5-ci mədən, Xanlar Ələkbərov küç., 18, tel.: 452-14-07); 104 saylı məktəb (Suraxanı qəs. Cəlal Qurbanov küç., 3, tel.: 427-60-02).

Digər rayonlar və şəhərlərdə isə SQK-lar rayon və şəhər təhsil şöbələrinə şöbəsində fəaliyyət göstərəcək. Əcnəbilər, vətəndaşlığı olmayan və təhsilini xaricdə almış şəxslər sənədlərini TQDK-da və TQDK-nın regional bölmələrində yaradılmış SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Bura TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küç. 10, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanı), TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı İnzibati bina), TQDK-nın Quba Regional Şöbəsi (Quba ş., Fətəlixan küç. 8), TQDK-nın Şəki Regional Şöbəsi (Şəki ş., M.Ə.Rəsulzadə pr. 182) və TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52) daxildir.



Abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:

internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdiyi iş nömrəsi və şifrini; ümumi orta təhsil haqqında şəhadətnamənin əslini (ümumi orta təhsil bazasında təhsilini 2009-cu və ya ondan əvvəlki illərdə başa vurmuş şəxslər bu sənədlə yanaşı təhsil aldıqları müəssisədən attestat almadıqları haqqında arayışı – Forma 6t); təhsil aldıqları müəssisədən ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamənin nömrəsi göstərilən və fotoşəkli olan arayışı – Forma 7t (arayışda fotoşəkil təhsil müəssisəsinin möhürü ilə təsdiqlənir); şəxsiyyəti təsdiq edən sənədin əslini: a) şəxsiyyət vəsiqəsini (2011-ci il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnaməni təqdim edə bilərlər); b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəni; yeni çəkilmiş hamısı eyni olan 3x4 sm ölçüdə iki ədəd fotoşəkli (ağ fonda, rəngli).


Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisasları seçə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı və onu təsdiq etdirməzdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak etməlidirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK-lər) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
Yoxlamanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent:

– iyunun 28-dən iyulun 20-dək Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçməli;

– iyulun 30-dan avqustun 5-dək YQYK-da seçmə turda iştirak etməli;

– seçmə turda iştirak etdikdən sonra avqustun 10-dək müvafiq SQK- da ərizəsini təsdiq etdirməlidir.

Xüsusi qabiliyyət tələb edən ixtisası yalnız seçmə tur zamanı müvafiq yoxlamadan məqbul alan abituriyent seçə bilər. Abituriyent xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilər.
Yoxlamadan məqbul ala bilməyən abituriyentlər ərizələrində yalnız qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərə bilərlər.
İmtahanda iştirak etmək üçün SQK-da abituriyentə müəyyən olunmuş tarixdə "İmtahana buraxılış vərəqəsi" və "Abituriyentin vəsiqəsi" veriləcək.
Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunur. Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı yaxın günlərdə “Abituriyent” jurnalının 4-cü sayında dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2758

Oxşar yazılar