İHHK qanunvericiliyə əlavə və dəyişikliklər paketi hazırlayıb
İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi (İHHK) həyata keçirdiyi “Qadın hüquqlarının müdafiəsinin məhkəmələrdə monitorinqi” layihəsi üzrə qanunvericiliyə əlavə və dəyişikliklər paketi hazırlayıb, paketin ictimai müzakirəsinə start verib.
Təşkilatın icraçı direktoru Emin Aslanovun Lent.az-a verdiyi məlumata görə, bu vaxtadək Bakı şəhərində qadınların tərəf olduqları 139 məhkəmə prosesini monitorinq edib, məhkəmə proseslərində vəkillik və nümayəndəlik fəaliyyətini həyata keçirən hüquqşünaslarla qadın hüquqlarının müdafiəsində olan nəzəri və praktik problemlərlə bağlı sorğu-müsahibələr aparıb, müxtəlif ölkələrin ailə qanunvericiliyini öyrəniblər.
O deyib ki, son vaxtlar boşanmaların sayının artmasını, alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsinin çox ciddi sosial problemə çevrilməsini dövlət orqanları da etiraf edir: “Layihə çərçivəsində görülmüş işlərin nəticəsi olaraq demək olar ki, məhkəmələrdə nikahın pozulması, əmlak və aliment tələbi ilə bağlı işlərə baxılmasında vəziyyət yaxşı deyil. Dəyişikliklərə sosial tələbat yaranıb. Bir müddət əvvəl vəd verdiyimiz kimi təşkilatımızın ekspert qrupu ailə-nikah münasibətləri ilə bağlı aidiyyatı qanunvericilik aktlarına zəruri əlavə və dəyişikliklər paketi hazırlayıb qurtarıb. Hazırda paketin ictimai müzakirəsinə başlayırıq. Paketə Ailə Bərpa Mərkəzinin (və ya İctimai Ailə Məhkəməsinin) və Dövlət Aliment Fondunun yaradılması, nikah yaşının artırılması, boşanmanın prosesinin mürəkkəbləşdirilməsi, alimenti könüllü ödəməyən valideyn üçün müxtəlif formalı cəzaların tətbiqi daxildir”.
Emin Aslanov bildirib ki, insanları əlavə və dəyişikliklərin ictimai müzakirələrində yaxından iştirak edərək son variantın hazırlamasına töhfə verməyə çağırırlar.

619